Çempionlar Liqasının finalında bir ilk

Çempionlar Liqasının finalında bir ilk
09:12 27 May 2017
73 İdman
Ölkə mətbuatı
A- A+

"Yuventus"la "Real" arasındakı Çempionlar Liqasının final matçı bir yeniliklə yadda qalacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, qitənin ən nüfuzlu klub turniri ilk dəfə üstüqapalı stadionda keçiriləcək.

Bu barədə Uels Futbol Federasiyası qərar verib. Səbəb isə bir neçə gün öncə Mançesterdə baş verən terror hadisəsidir. Yerli meriya mümkün təhlükələrdən sığortalanmaq üçün Kardiffdəki "Millenium" stadionunu üstünü qapatmağı uyğun sayıb.
 
Bu səbəbdən final oyunu ilə bərabər bir gün əvvəl baş tutacaq hər iki komandanın məşqi də qapalı vəziyyətdə keçiriləcək.
 
Qeyd edək ki, "Yuventus" - "Real" oyunu iyunun 3-də baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548744.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR