Mariya Zaxarova ən çox Azərbaycan xiyarını bəyənib - FOTO

Mariya Zaxarova ən çox Azərbaycan xiyarını bəyənib - FOTO
09:42 27 May 2017
91 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiyanın paytaxtı Moskvada Azərbaycan səfirliyində 28 May Respublika Günü münasibətilə tədbir keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, tədbirin qonaqları arasında Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da olub.

Zaxarova tədbirdən sonra mərasimlə bağlı təəssüratlarını Facebook hesabında paylaşıb.

"Azərbaycan günü ilə bağlı keçirilən tədbirdə idim. On dəqiqəliyə baş çəkmişdim, amma oradan yarım saata çıxdım. Səfir Polad Bülbüloğlu məni plov və digər qida məhsulları ilə bol olan masa arxasında əyləşdirməyə çalışdı. Xalq axını və canlı ünsiyyət istəyimə üstün gəldi. Gedərkən özümlə xatirə olaraq Bakıda yetişdirilən xiyar və gilas götürdüm. Yeri gəlmişkən, Azərbaycan xiyarları ən yaxşıdır".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/548765.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR