Oftalmoloqlar problemlərini birlikdə müzakirə ediblər

Oftalmoloqlar problemlərini birlikdə müzakirə ediblər
10:08 27 May 2017
85 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Gəncədə Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin “Müasir oftalmologiya elminin inkişafı və naliyyətləri” mövzusunda 3-cü regional konfransı keçirilib.

Trend-in məlumatına görə, konfransda Azərbaycanın müxtəlif bölgələrini təmsil edən oftalmoloqlar qarşılaşdıqları çətinliklər, xəstəliklərin aradan qaldırılması ilə bağlı öz fikirlərini bölüşüb, problemin həlli yollarını araşdırıblar.

Tədbirdə bildirilib ki, Azərbaycanda oftalmologiya sahəsində çox yeniliklər əldə edilib. Konkret olaraq Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Gəncə filialının fəaliyyətinə baxdıqda deyə bilərik ki, klinika ən son texnoloji avadanlıqlarla təchiz olunub. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bu xəstəliklərə konyunktivit, uveit, katarakta, qlaukoma, blefarit, çəpgözlük, zəifgörmənin bütün növləri, keratit və s. daxildir.

Hazırda Mərkəzin Gəncə filialında el arasında “Lazer” deyilən ən müasir əməliyyat üsulu FAKO emulsifikasiya üsulu ilə həyata keçirilir. Bu əməliyyat iynəsiz və tikişsiz icra olunur.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2759775.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR