Maşını saxlayan kimi qapını açan sürücü qəza şəraiti yaratdı - VİDEO

Maşını saxlayan kimi qapını açan sürücü qəza şəraiti yaratdı - VİDEO
10:17 27 May 2017
105 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda yol hərəkəti qaydasını pozaraq digər avtomobillərə təhlükə yaradan sürücünün görüntüsü avtosfer.az-a göndərilib.

Milli.Az sözügedən sayta istinadən xəbər verir ki, mayın 18-i Pirşağı Sovxoz yolundan üzü Mehdiabada gedən yolun sağında dayanmış 99-GX-147 qeydiyyat nişanlı "Opel Astra" markalı avtomobilin sürücüsü qapını açaraq avtomobildən düşən zaman arxadan gələn avtomobilə qəza şəraiti yaradıb.

Ölkəmizdə bu tip sürücülər çoxdur. Hər gün hamımızın qarşısına belə sürücülər çıxır. Avtomobilin qapısını açmazdan əvvəl əmin olmaq lazımdır ki, heç kimə maneə yaratmayacaqsan. Əmin olmaq üçün ən sadə variant budur ki, iki saniyəlik xarici güzgülərə baxasan.

"Yol hərəkəti haqqında" qanunun 52-ci maddəsinin VIII hissəsində qeyd olunub ki, nəqliyyat vasitəsi qapılarının açılması yol hərəkətinin digər iştirakçıları üçün maneə yaradarsa, onları açmaq qadağandır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Maşını saxlayan kimi qapını açan sürücü qəza şəraiti yaratdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548778.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR