""Qarabağ" onu əlimizdən almağa çalışır"

""Qarabağ" onu əlimizdən almağa çalışır"
10:37 27 May 2017
61 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın maraq dairəsində olan "Trapani"nin hücumçusu Nikola Çitro uğrunda mübarizə qızışır.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, B seriyası təmsilçilərindən biri bu keçidi reallaşdırmaq üçün artıq hərəkətə gəlib.

Söhbət Çitronu israrla heyətinə qatmaq istəyən "Salernitana"dan gedir. Klub rəhbərliyi 27 yaşlı oyunçunu hələ yanvarda almaq istədiyini bildirib və indi də bu keçid üçün çalışdıqlarını vurğulayıb.
 
"Salernitana"nın qeyri-rəsmi bir saytı isə Çitro uğrunda mübarizədə əsas rəqiblərinin məhz "Qarabağ" olduğunu yazıb. Onlar hətta Ağdam təmsilçisinin bu məsələdə öndə olduğunu iddia ediblər:

"Salernitana"nın maraq dairəsində olan iki futbolçudan biri də Nikola Çitrodur. Son məlumatlara görə, bir xarici klub "Qarabağ" da onu transfer etmək fikrindədir. Ötən mövsüm Avropa Liqasının qrupunda oynamış Azərbaycan təmsilçisi onu bizim əlimizdən almağa çalışır. Onların Çempionlar Liqasında iştirak etmələri təcrübəli oyunçunun seçimində böyük rol oynaya bilər".

Qeyd edək ki, "Salernitana" ilə yanaşı, B seriyasının digər komandaları "Benevento" və "Avellino" da Nikola Çitro ilə maraqlanır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548788.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR