Xəbərdarlıq: Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər (VİDEO)

Xəbərdarlıq: Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər (VİDEO)
11:15 27 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Hakerlər subtitrlərin köməyi ilə kompüterə müdaxilə edə bilər.

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə qarşı Mübarizə Mərkəzindən Trend-ə verilən məlumata görə, məşhur videopleyerlərdə məsafəli kod yerinə yetirməyə imkan verən mövcud boşluq aşkar olunub. Videopleyerlər filmlər üçün subtitrli faylları yükləyirlər və təkmilləşdirirlər, bu da hakerlərə kodu yerinə yetirməyə və hücum edilən sistem üzərində nəzarəti əldə etməyə kömək edə bilər.

"Check Point" şirkətinin ekspertlərinin bildirdiyi kimi, cinayətkarlar qurbanı öz pleyerində xüsusi şəkildə konfiqurə olunmuş faylı açmağa məcbur edə bilər və bununla da onun kompüteri üzərində nəzarəti ələ keçirə bilər. Yayımlanan aşağıdakı videoda tədqiqatçılar öncədən onlar tərəfdən tapılan məlum olmayan mövcud boşluq istismarı ilə hücumu nümayiş etdiriblər:

Mövcud boşluqlar Kodi, VLC, Popcorn Time və Stremio kimi populyar videoyayım platformalarına toxunur. Check Point-in məlumatına görə, hazırda boşluğa məruz qalan proqram təminatını təxminən 200 mln videopleyer və strimerlər istifadə edir. VLC və "Popcorn Time" da problem artıq düzəlib, Kodi və Stremio isə patç üzərində hələ də işləyir. Ekspertlər mövcud boşluqların olmasını yalnız yuxarıda adları çəkilən platformalarda testdən keçirdiblər, lakin digər pleyerlərdə də onun mövcudluğunu istisna etmirlər. İstifadəçilərin əksəriyyəti subtitrləri məlumat saxlanan xüsusi yerdən alır, ora isə istənilən şəxs zərərverici faylı yükləyə bilər. Portallar subtitrləri cinayətkarların xeyrinə olan populyarlığa görə sıralayır.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2759802.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR