Məşhur turizm mərkəzinə gedən yol yenidən qurulur - FOTO

Məşhur turizm mərkəzinə gedən yol yenidən qurulur - FOTO
11:22 27 May 2017
37 Ölkə
Ölkə mətbuatı
A- A+

Kənd təsərrüfatının və turizmin inkişafına gətirib çıxaracaq avtomobil yollarının yenidən qurulması istiqamətində Azərbaycan Respublikası Prezidentinin tövsiyə və tapşırıqlarına uyğun olaraq müvafiq işlər uğurla icra olunur.

"Azəravtoyol" ASC-dən Milli.Az-a verilən məlumata görə, bu cür layihələrədən biri də tarixi tikililəri ilə məşhur olan Şəkinin qədim yaşayış məskəni Kiş kəndinə və bura yaxın ərazilərdə yerləşən turizm məkanlarına gedən avtomobil yoludur.

Avtomobil yolunun ümumi uzunluğu 7,2 km-dir. Yol 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq 7 m enində yol əsası və 2 m enində çiyinlər də daxil olmaqla yeni salınan yol yatağının eni 12 m təşkil edir.

Hazırda yol boyu torpaq işləri görülür, yararsız qrunt qazılaraq çıxarılır, əvəzinə xüsusi material tökülərək kipləşdirmə işləri aparılır. Torpaq işləri yekunlaşdıqdan sonra yola 2 qat olmaqla 13 sm qalınlığında yeni asfalt-beton örtüyü salınacaq.

Bundan başqa təmir-tikinti işləri çərçivəsində yol boyu ümumi uzunluğu 164 m olan müxtəlif diametrli dəmir-beton suötürücü borular qoyulacaq, hərəkətin normal təşkili üçün 60 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq. 

İşlərin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548799.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR