Yoxa çıxan şəxsi sevgilisi öldürübmüş: cəsədini 8 hissəyə bölüb - VİDEO - FOTO

Yoxa çıxan şəxsi sevgilisi öldürübmüş: cəsədini 8 hissəyə bölüb - VİDEO - FOTO
11:42 27 May 2017
77 Dünya
Ölkə mətbuatı
A- A+

Kayseridə 5 gündür itkin düşən şəxsin sevgilisi tərəfindən planlı şəkildə xüsusi amansızlıqla qətlə yetirildiyi məlum olub.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, Kayserinin Develi mahalında B.Ö.-nün (kişi) 5 gündür itkin düşdüyü və ailəsi tərəfindən polislərə bununla bağlı müraciət edildiyi məlum olub. B.Ö.-nün tapılması üçün axtarış başlayıb.

Səlahiyyətlilər B.Ö.-nün ailəsi ilə görüşüb və G.B. ilə sevgili olduğunu öyrəniblər. İstintaqçılar G.B.-nin evində araşdırma aparan zaman qan izinə rast gəliblər. G.B. və iş yoldaşı Y.K. eyni evdə birlikdə tutularaq nəzarətə alınıblar.

Qətil şübhəlisi olaraq nəzarətə alınan G.B. ifadəsində B. Ö. ilə sevgili olduqlarını və onu zorladığını deyib. Şübhəli "sevgili" ifadəsində mövzunu iş yoldaşı Y.K.-ya dedikdən sonra plan quraraq  B.Ö.-nü evinə çağırdığını bildirib.  Y.K. ilə onu öldürdüklərini və cəsədi laqonda ilə 8 hissəyə ayırdıqlarını etiraf edib. 

Şübhəli G.B. və Y.K. verdikləri ifadədə, B.Ö.-nün cəsədini yandıraraq yox etməyi planlaşdırdıqlarını və bunun üçün bir avtomobil icarəyə götürdüklərini, B.Ö.-nün cəsədini də bu avtomobilin baqajına qoyduqlarını söyləyiblər. Verilən ifadələrdən sonra B.Ö.-nün parçalanmış cəsədi, avtomobilin baqajından tapılıb.

Nəzarətə alınan G.B. və iş yoldaşı Y.K. həbs olunaraq təcridxanaya göndəriliblər.

Məhəmməd Vaqif

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Yoxa çıxan şəxsi sevgilisi öldürdü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548790.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR