Bakıda qəza: qadın yaralandı - FOTO

Bakıda qəza: qadın yaralandı - FOTO
11:52 27 May 2017
77 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakıda Məsud Davudoğlu küçəsində yol-nəqliyyat hadisəsi baş verib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı jurnalist Əzizə İsmayılova sosial şəbəkədə paylaşıb. 

O bildirib ki, "Hundai" markalı avtomobil Azadlıq prospektinə dönmək üçün həmin ərazidə yerləşən dairəyə sürətlə girib. 

Nəticədə "Mercedes" markalı avtomobillə toqquşub:

"Avtomobildə qabaqda oturan sərnişin xanım kəmər bağlamadığı üçün yaralanıb. Təcili yardım maşını ilə xəstəxanaya aparıldı. Dediyinə görə, imtahana tələsirmiş".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548803.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR