"Qalatasaray"a İtaliyadan iki ulduz

"Qalatasaray"a İtaliyadan iki ulduz
11:57 27 May 2017
79 İdman
Ölkə mətbuatı
A- A+

"Qalatasaray" transfer çalışmalarını davam etdirir. Fanat.Az xəbər verir ki, Avropa və Afrikanın bəzi ölkələrinə səfər edən futbol direktoru Cenk Ergünün növbəti dayanacağı İtaliya olub.


Məlumata görə, İtaliyadan "Qalatasaray"ın hədəfində iki ulduz var. Bunlardan biri "Milan"dan Karlos Bakka, digəri "Yuventus"dan Kvadao Asamoahdı.


Hücum xəttinə Bafetimbi Qomisi transfer etmək istəyən "Qalatasaray" rəhbərliyinin B planı Bakka hesab olunur. İstanbullular kolumbiyalı ulduzu icarəyə götürmək istəyir və artıq bununla bağlı "Milan"a müraciət olunub.


"Yuventus"da əsas heyət oyunçusuna çevrilə bilməyən Kvadvo Asamoah üçün də təmaslar başlayıb. Bu transferlə birbaşa baş məşqçi İqor Tüdor məşğul olur. Xorvat mütəxəssis 1998-2007-ci illərdə formasını geyindiyi Turin klubu ilə münasibətlərindən yararlanaraq transferi  bitirmək istəyir. Asamoah?n özünün də "Qalatasaray"a gəlmək istədiyi bildirilir.


Qeyd edək ki, "Milan" Bakkanı 2015-ci ildə "Sevilya"dan 30 milyon avroya alıb. Asamoah isə 2012-ci ildə "Udineze"dən "Yuventus"a 18 milyon avroya keçib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqalatasarayquota-taliyadan-iki-ulduz-t58358.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR