Azərbaycanda qadın qətllərinin sayı artır - Səbəb nədir?

Azərbaycanda qadın qətllərinin sayı artır - Səbəb nədir?
12:12 27 May 2017
74 Ölkə
Ölkə mətbuatı
A- A+

"Azərbaycanda ailə-məişət zorakılığı zəminində qətlə yetirilən qadınları sayı ildən-ilə artır"

Milli.Az xəbər verir ki, bunu azvision.az-a "Təmiz dünya" İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib. 

Onun sözlərinə görə, qadın qətllərinin sayının artması ciddi narahatlıq doğurur: "Qadınların öldürülməsi hadisələri yeni deyil. İlk dəfə qətllərin monitorinqini 2004-cü ildə aparmağa başladıq. Monitorinqlər zamanı məlum olub ki, 15 qadın evdə müxtəlif formada qətlə yetilirib. Sonrakı illərdə mətbuatda çıxan qadın qətllərini ümumiləşdirib məlumat verirdik. Son illər bunu etməyə imkan yoxdur. Lakin ildən-ilə müşahidə edirik ki, qadınların öldürülməsinin statistikası artır. Bu, artıq ciddi tədbirlərin görülməsinin vacibliyindən xəbər verir. Məişət zorakılığı, evdə baş verən qətllər ailədaxili problemlərdən yaranır, təəssüf ki, biz ailəyə daxil olub problemi vatında həll edə bilmirik". 

M.Zeynalova qeyd edib ki, ailələrə kömək üçün sosial iş aparılmalıdır: "Düzdür, mərkəzlər fəaliyyət göstərir, icra hakimiyyətlərinin tərkibində komissiyalar yaradılıb. Lakin mahiyyət etibarı ilə nəsə dəyişməyib. Hadisələr təkrarlanır, qətllər bir qədər də qəddarlaşır və baş kəsməyə qədər gəlib çıxıb. Artıq 2 ildir ki, mətbuatda qadınların başının kəsilməsi xəbəri gedir və bu, dəhşətli hadisə kimi deyil, adi xəbər kimi qarşılanır. Bu gün gündəmdə olan hadisələrin qarşısını almaq üçün ən yaxşı vasitə sosial iş institunun daha da genişləndirilməsidir. Təəssüf ki, bələdiyyələr bu məsələlərdə aktiv deyil. Resurslarımız var, lakin bunu yönləndirmək işi zəif olduğu və ləng getdiyinə görə nəticə olmur".

Təşkilat sədri bildirib ki, qadın qətllərinin qəddarlaşmasının səbəblərindən biri də mədəni səviyyənin aşağı olmasıdır. 

"Televiziyada filmlərdə gedən zorakılıq səhnələri, mətbuatda gedən informasiyalar, müharibə dövrü yaşayışı da burada xüsusi rol oynayır. 

Bəzi qadınların fahişə olduğuna görə öldürülməsi sadəcə bir möhürdür. Bu sovet dönəmindən qalıb və hesab edirlər ki, guya namus üstündə törədilən cinayətə görə az iş veriləcək".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548806.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR