Respublika Günü münasibətilə veloyürüş - FOTOLAR

Respublika Günü münasibətilə veloyürüş   - FOTOLAR
12:37 27 May 2017
101 İdman
Ölkə mətbuatı
A- A+

Naftalan şəhərində Azərbaycan Velosiped İdmanı Federasiyası, Naftalan şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman İdarəsi, eləcə də qadınlardan ibarət "Ladies on Bikes" həvəskar velosiped klubunun birgə təşkilatçılığı ilə 28 May - Respublika Gününə həsr olunmuş veloyürüş keçirilib.


Veloyürüşün açılış mərasimində çıxış edən Naftalan şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov və AzVİF-in baş katibi Fərhad Əliyev bildiriblər ki, tədbirin keçirilməsində əsas məqsəd şəhərdə velosiped idman növünə gənclərin marağının artırılması və inkişaf etdirilməsidir. Natiq Aslanov veloyürüşün Naftalan şəhərində təşkil edilməsinə görə Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyinə öz təşəkkürünü çatdırıb.


Müxtəlif yaş qruplarına aid olan 100-dən çox velosipedçinin qatıldığı yürüş Naftalan şəhəri Heydər Əliyev Meydanından başlayaraq şəhərin böyük bir hissəsini  əhatə edib. Veloyürüşdə fərqlənmiş idmançılara Naftalan şəhər Gənclər və İdman İdarəsinin və Azərbaycan Velosiped İdmanı Federasiyasının diplomları və hədiyyələri təqdim edilib.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-respublika-gunu-munasibtil-veloyuru-t58359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR