Gömrükdə əməliyyat: 22 180 ədəd siqaret aşkar edildi

Gömrükdə əməliyyat: 22 180 ədəd siqaret aşkar edildi
12:42 27 May 2017
40 Ölkə
Ölkə mətbuatı
A- A+

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, Baş İdarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Azərbaycan vətəndaşının idarə etdiyi "VAZ 2106" markalı minik avtomobili Bakı şəhəri, Xətai prospektində saxlanılıb. Avtomobilə baxış keçirən gömrükçülər 22 180 ədəd aksiz markasız xarici markalı siqaret aşkar ediblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548805.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR