28 May - Respublika Günü İtaliya mətbuatında geniş işıqlandırılıb

28 May - Respublika Günü İtaliya mətbuatında geniş işıqlandırılıb
13:01 27 May 2017
41 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

28 May - Respublika Günü İtaliya mətbuatının geniş diqqət mərkəzində olub.

Trend-in məlumatına görə, Romanın tarixi “Salone Margherita” Teatrında 28 May-Respublika Günü və Azərbaycan-İtaliya diplomatik münasibətlərinin qurulmasının 25-ci ildönümü münasibətilə təşkil olunmuş qəbul və Azərbaycan milli musiqi və rəqslərindən ibarət “Odlar Diyarının səsləri və ritmləri” adlı konsert İtaliya mətbuatında geniş işıqlandırılıb.

İtaliyanın nüfuzlu “Agenzia Nova” xəbər agentliyi 28 May - Respublika Günü və Azərbaycan-İtaliya arasında diplomatik əlaqələrin qurulmasının 25-ci ildönümü ilə əlaqədar olaraq "Roma və Bakı arasında dostluq" başlıqlı xüsusi buraxılış hazırlayıb. Buraxılışda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ilə geniş müsahibə yer alıb. Müsahibəsində diplomat Respublika Gününün Azərbaycanın tarixindəki əhəmiyyəti, ölkəmizin müstəqillik illərində keçdiyi yol, Azərbaycan-İtaliya münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivlərinə dair fikirlərini söyləyib.

Buraxılışda, eləcə də bu münasibətlə 24 may tarixində Azərbaycanın İtaliyadakı səfirliyi tərəfindən Romanın tarixi “Salone Margherita” Teatrında təşkil olunmuş qəbul və Azərbaycan milli musiqi və rəqslərindən ibarət “Odlar Diyarının səsləri və ritmləri” adlı konsert barədə də geniş məlumat verilib. Burada tədbirin açılışında səfir M.Əhmədzadənin, İtaliya Senatının sədr müavini Linda Lanzillottanın və İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri senator Sergio Divinanın nitqindən fikirlər, habelə tədbirə qatılmış bir sıra şəxslərlə müsahibələr, eləcə də Azərbaycan-İtaliya əməkdaşlığının müxtəlif aspektləri əks olunub.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2759855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR