Füzuli sakini həmyerlisini güllələdi

Füzuli sakini həmyerlisini güllələdi
13:05 27 May 2017
56 Ölkə
Ölkə mətbuatı
A- A+

Füzuli rayon sakini xuliqanlıq zəminində açdığı atəşlə həmyerlisinə xəsarət yetirib.

Milli.Az DİN-ə istinadən xəbər verir ki, hadisə mayın 26-da rayonunun Araz Yağlıvənd kəndi ərazisində baş verib.

Belə ki, kənd sakini Niyaməddin Hümbətov xuliqanlıq zəminində rayon sakinləri Fəxri Balakişizadə və Əliabbas Musayevin istiqamətində tüfəngdən atəş açıb. Bu zaman yaxınlıqda dayanan həmkəndlisi Mütəllim Muradov əlindən xəsarət alıb.

N.Hümbətov Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən tutulub və ondan hadisəni törədərkən istifadə etdiyi, müvafiq sənədləri olmayan "Maqnum" markalı ov tüfəngi götürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548825.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR