Amil bu dəfə də Salyandan "Bura Vətəndir!" deyəcək - VİDEO - FOTO

Amil bu dəfə də Salyandan "Bura Vətəndir!" deyəcək - VİDEO - FOTO
13:12 27 May 2017
65 Ölkə
Ölkə mətbuatı
A- A+

Teleaparıcı Amil Xəlil Salyanın tarixinə nəzər salıb, 1918 ci il də Salyanda erməni-bolşevik qüvvələrinə vurulan zərbədən də danışacaq.

Dünyada analoqu olmayan Cümə məscidi (Oxşarı sadəcə Ərdəbildə tikilib).
Xəlil Rza Ulutürkün məmləkətində şarin özü yad ediləcək . Azadlıq nəğməsinin Salyan izləri....

Ermənilərin hücumuna cavab olaraq onlara  qan udduran Soltan Bəy Paşabəyoğlunun sülalələrindən sayılan Uluxanlılar....

Onlar Salyana necə gəliblər? Cəlil Məmmədquluzadənin, Topçubaşovun və onlarla görkəmli azərbaycanlı şəxsiyyətlərin Uluxanlı dramı. 

Aşıq Pənahın oğlundan maraqlı etiraflar. Ustadın xatirə maşınına kimlər göz dikib? 200 min dollar sayan azərbaycanlı milyonerlər kimlərdir? Ustadın oğlu atası haqqında Amil Xəlilə çox maraqlı məqamları qeyd edəcək. 2 il əvvəl teleaparıcı ustadın sazına qarşı olan hörmətsizliyi lentə aldıqdan sonra hansı yeniliklər baş verib? Polad Bülbüloğlu ustadın avtomobilini açarsız neçə işə salıb? 

Aşıq Əhliman: "Aşıq Pənah aşıq sənətini mənə bağışladı...."

Gözünüz Lider TV-də olsun...

Salyanda olub Salyan mətbəxi ilə tanış olmamaq olarmı? Salyanın balıq yeməklərinin cəmi 2 dəqiqədə hazırlanma qaydasını öyərənəcəksiniz.
Bu və daha çox araşdırmalı, pozitiv və əyləncəli bir veriliş sizi gözləyir. 
28 may saat 14-00 da Lider TV-də Amil Xəlilin təqdimatında.

Qeyd edək ki, "Bura Vətəndir!"  Gürcüstana yola düşür. El-obalarında çəkiliş komandasını görmək istəyənlər +994 55 653 48 69 whatsapp nömrəsinə yaza bilərlər. 

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Bura Vətəndir - Amil Xəlil ilə - SALYAN (anons)

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548828.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR