Qari Cons: BP Azərbaycanla əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir

Qari Cons: BP Azərbaycanla əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir
13:15 27 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.

BP şirkəti Azərbaycan ilə əməkdaşlığın davamlı surətdə genişləndirilməsinə böyük əhəmiyyət verir. Ümidvarıq ki, bu əməkdaşlıq daha da məhsuldar inkişaf edəcəkdir. Mən BP və Azərbaycan Hökuməti arasında dostluq əlaqələrinin daha da möhkəmlənəcəyinə inanıram.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram".


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2759858.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR