Oğlundan xalq artistinə QADAĞA - FOTO

Oğlundan xalq artistinə QADAĞA - FOTO
13:22 27 May 2017
153 Ölkə
Ölkə mətbuatı
A- A+

Xalq artisti Gülyaz Məmmədova müğənni oğlundan danışıb.

Milli.Az xəbər verir ki, yeniçağ.az-a açıqlama verən sənətçi oğlunun ailə qurarkən seçiminə müdaxilə etməyəcəyini deyib:

14677461_208913809531767_567237687992385536_n

"Oğlumun xasiyyəti tünddür, şəxsi həyatı ilə bağlı danışmağımı istəmir. Deyir ki, ana, mən subayam və sən danışdıqca mənim bəxtimi bağlayırsan. Hətta bununla bağlı mənə qadağa da qoyub. Buna görə də çalışıram oğlumun şəxsi həyatı ilə bağlı jurnalistlərin suallarını cavablandırmayım. Seçiminə gəlincə, oğlum kimi sevsə, onunla evləndirəcəyəm, istəyinə müdaxilə etməyəcəyəm. Amma əlbəttə baxıb bilməliyəm ki, kiminlə evlənir. Özüm yaxşı gəlin olmuşam, oğluma da özüm kimi gəlin tapmasını arzulayıram".

Qeyd edək ki, G. Məmmədovanın bir ovladı var. Ramazan anasının yolunu davam etdirirərək, müğənni kimi fəaliyyət göstərir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR