Türkiyə almaniyalı deputatlar qarşısında ŞƏRT QOYDU

Türkiyə almaniyalı deputatlar qarşısında ŞƏRT QOYDU
13:32 27 May 2017
35 Dünya
Ölkə mətbuatı
A- A+

"Türkiyə və Almaniya xarici işlər nazirləri almaniyalı millət vəkillərinin İncirlik bazasına giriş məsələsini müzakirə edəcək, amma onların arasında Türkiyədə terrorçuluğu dəstəkləyənlər olmamalıdır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu NATO sammitindən qayıdarkən jurnalistlərə açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

R.T.Ərdoğan vurğulayıb ki, terroru dəstəkləyən millət vəkilləri yaxşı qarşılanmayacaq: "Bununla bağlı, nazirlərimiz danışıqlar aparacaq və lazımi qərar qəbul olunacaq".

Bir müddət əvvəl Türkiyə hökuməti almaniyalı bir qrup deputatın İncirlik bazasına səfərinin qəbuledilməz olduğunu bildirmişdi.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548836.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR