Ərdoğan Almaniyaya “yaxşı yol!” deyib ŞƏRTİNİ AÇIQLADI

Ərdoğan Almaniyaya “yaxşı yol!” deyib ŞƏRTİNİ AÇIQLADI
14:03 27 May 2017
100 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə və Almaniyanın xarici işlər nazirləri alman deputatların İncirlik hərbi hava bazasına biraxılması haqqında məsələyə baxacaqlar.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu haqda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

Amma Ankaranın şərtinə görə, Türkiyə tərəfindən terrorizmdə dəstəkdə ittiham olunan deputatlar nümayəndə heyəti arasında olmamalıdır. Türkiyə hakimiyyəti bundestaqın (Almaniya parlamenti) bir neçə üzvünü PKK terror təşkilatı ilə əlaqələrdə ittiham edir.

Qeyd edək ki, Türkiyə ötən həftə İncirlik bazasına alman deputatlar qrupunu buraxmayıb. Alman deputatlar ölkələrindən olan hərbçiləri ziyarət etməyi planlaşdırırdılar. Almaniya kansleri Angela Merkel bildirib ki, Berlin alman hərbi kontingentinin İncirlik bazasından qonşu ölkələrə yerdəyişməsinin alternativlərini axtarmağa davam edəcək. O, alternativlərdən birinin İordaniya olduğunu vurğulayıb. Türkiyənin xarici işlər nazir Mövlüd Çavuşoğlu isə “Getsinlər, biz yalvarmayacağıq” şəklində cavab verib.

“Biz Almaniya hərbiçilərinin İncirlik bazasınndan İordaniyaya getməyə hazırlaşdığı barədə Berlindən heç bir xəbərdarlıq almadıq. Almaniya tərəfinin bəyanatına görə, onların gündəliyində belə bir məsələ yoxdur. Amma bunu edərlərsə, bizim üçün heç bir problem yaratmayacaq. Əgər gedəcəklərsə, biz onlara “yaxşı yol” deyəcəyik”, - deyən Ərdoğanın da alman kanslerinə cavabı fərqli olmayıb.

Türkiyə Yaxın Şərqdə NATO-nun əsas üzv ölkəsidir. İncirlik təyyarə bazası isə regionda ABŞ və NATO-nun əsas bazalarından biridir. Açıq mənbələrdə olan məlumata görə, bazada nüvə silahı saxlanılır. İncirlikdə İŞİD-ə qarşı mübarizə aparan ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın ölkələrinin təyyarələri yerləşir.

Alman hərbi mütəxəssisləri isə NATO-nun AWACS radiolokasiya kəşfiyyat təyyarələrinin ekipajlarının formalaşmasına cəlb edilib. Berlin həmçinin 6 ədəd “Tornado” kəşfiyyat təyyarəsi ilə dəstək göstərir. “Tornado”ların Suriyanın hava məkanında kəşfiyyat missiyaları demək olar ki, gündəlikdir.

Almaniyanın Fəthullahçı Terror Təşkilatının (FETÖ) Avropada əsas sığınacağına çevrilməsi, xüsusilə NATO-da türk hərbçilərinin (Bu hərbçilər 2016-cı il 15 iyul çevriliş cəhdində iştirakda şübhəli bilinir – red.) sığınacaq üçün bu ölkəyə üz ttuması və Ankaranın terror təşkilatı hesab etdiyi PYD-yə (PKK terror təşkilatının Suriya qolu – red.) hərbi yardım göstərməsi iki ölkənin münasibətlərində gərginlik yaradıb.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR