"Мi-8" helikopteri məcburi eniş edib - xəsarət alan yoxdur

"Мi-8" helikopteri məcburi eniş edib - xəsarət alan yoxdur
14:08 27 May 2017
62 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.

Bu barədə Trend-ə AZAL-ın mətbuat xidmətindən məlumat verilib.

Helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin, hava gəmisi də zərər görməyib.

"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters Aviaşirkəti"nin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2759887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR