Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan sahibkarları üçün təqdimat keçirəcək

Qara Dəniz Ticarət və İnkişaf Bankı Azərbaycan sahibkarları üçün təqdimat keçirəcək
14:08 27 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Qara Dəniz Ticarət və İnkişaf Bankı (QDTİB) iyunun 13-də Bakı Biznes Mərkəzində Azərbaycan sahibkarları üçün təqdimat keçirərək bankın strategiyası və xidmətləri barədə ətraflı məlumat verəcək.

Bu barədə Trend-ə Azpromo-dan məumat verilib.

QDTİB layihələrin orta və uzun müddətli maliyyələşdirilməsi, korporativ kreditəşdirmə, şirkətlərin kapitalında iştirak və eləcə də zəmanət təklif edir. Tütün məhsulları, araq və brendi, zərərli kimyəvi məhsullar, silah və qumar dövriyyəsi istisna olmaqla, iqtisadiyyatın bütün sektorlarında fəaliyyət göstərən şirkətlər QDTİB-in xidmətlərindən yararlana bilər.

Təqdimatdan sonra iştirakçılar biznes təkliflərini QDTİB-in nümayəndələri ilə müzakirə edə biləcəklər.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/2759882.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR