Azərbaycana məxsus helikopter qəza enişi etdi

Azərbaycana məxsus helikopter qəza enişi etdi
14:12 27 May 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Şənbə günü mayın 27-də "Silkway Helicopters Services aviaşirkəti"nin "Мi-8" helikopteri Xəzər Dənizində Çilov adasına məcburi eniş edib.

Milli.Az-a daxil olan məlumata görə, helikopterin göyərtəsində 15 sərnişin və 3 heyət üzvü olub, müvəffəqiyyətli eniş sayəsində onlardan heç biri xəsarət almayıb. Həmçinin hava gəmisi də zərər görməyib.

"Neft Daşları" yatağına gedən helikopterin qəza enişinin səbəbi mühərriklərdən birinin imtina etməsi olub.

Sərnişinlər təyinat məntəqəsinə "Silkway Helicopters Aviaşirkəti"-nin digər helikopterləri ilə çatdırılacaq.

Hazırda bu hadisənin araşdırılması ilə məşğul olan xüsusi komissiya yaradılıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/548853.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR