“Qarabağ” Gürcüstan klubları ilə qarşılaşacaq

“Qarabağ” Gürcüstan klubları ilə qarşılaşacaq
14:32 27 May 2017
62 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstana yollanacaq.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ağdamlılar Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

Bu gün başlayan yarış iyunun 2-nə qədər davam edəcək. "Qarabağ" birinci qrupda Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klubları ilə qarşılaşacaq.
 
Azərbaycan təmsilçisi ilk oyunu bu gün "İveriya"ya qarşı keçirəcək. Oyunlar Tbilisi "Dinamo"su akademiyasının meydançalarında baş tutacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548834.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR