Biləsuvarda sakinin həyətindən narkotik xassəli çətənə kolları, evindən qurudulmuş marixuana tapılıb

Biləsuvarda sakinin həyətindən narkotik xassəli çətənə kolları, evindən qurudulmuş marixuana tapılıb
14:32 27 May 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvar. 27 may. REPORT.AZ/ Biləsuvar sakininin həyətindən narkotik xassəli çətənə kolları aşkarlanıb.
“Report”un Aran bürosu xəbər verir ki, daxil olmuş məlumat əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat keçirilib. Əməliyyat zamanı əvvəllər də məhkumluq həyatı yaşamış rayonun Günəşli kənd sakini Adil Qəfər oğlu Qarayev şübhəli şəxs qismində saxlanılıb. Həyətyanı sahəyə baxış keçirilən zaman 60-a yaxın çətənə kolu aşkar edilib, evindən isə qurudulmuş marixuana götürülüb.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Xəbərin orijinal ünvanı: https://report.az/hadise/bilesuvarda-sakinin-heyetinden-narkotik-xasseli-cetene-kollari-evinden-qurudulmus-marixuana-tapilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR