Qardaşlar birləşib bacılarını... - DƏHŞƏT (FOTO)

Qardaşlar birləşib bacılarını... - DƏHŞƏT (FOTO)
14:33 27 May 2017
121 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə sevdiyi gənclə evlənmək üçün evdən qaçan qadın adətlərin qurbanı olub.

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, ailəsi Sinem Ç.-ni zorla başqasına vermək istəsələr də, o, buna qarşı çıxıb.

Ərzurumda yaşayan Sinem Ç. 2 ildir Əhməd B. ilə sevgili olublar. Lakin ailəsi gənc qızı başqa biri ilə evləndirmək istəyib. Vəziyyəti sevgilisinə izah edən qız onunla İstanbula qaçıb.

Böyük qardaşları kürəkəni və qızı tapmaq üçün Ərzurumdan yola çıxıblar. Onlar qısa müddətdə Sinem Ç.-nin izinə düşüblər. Böyük qardaş Vedat Ç. bacısının qaldığı evə gedərək onu çölə çağırıb. İddiaya görə, Vedat Ç. gənc qıza bir dəfə atəş açıb. Arnavutköy Dövlət Xəstəxanasına çatdırılsa da, qızın həyatını xilas etmək mümkün olmayıb.

Hadisədən sonra gizlənən qardaşları Əhməd B.-yə zəng edərək onu da öldürəcəklərini bildiriblər.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200374.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR