İslam Oyunlarında qalib gəlmiş tələbə idmançılarla görüş

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında IV İslam Həmrəylik Oyunlarında qalib gəlmiş tələbə idmançılarla görüş keçirilib.

Metbuat.az xəbər verir ki, görüşü açan Akademiyanın rektoru Fuad Hacıyev iştirakçıları salamlayıb, onları təbrik edib:

“Bu il Vətənimiz idman arenasında növbəti uğura imza atdı. Bu oyunlarda dünyanın 50 ölkəsindən çox peşəkar idmançılar iştirak etdi. Bizim idmançılar yenə də parlaq nəticələr göstərdi. Qazanılan 75 qızıl, 50 gümüş, 37 bürünc medalların arasında sizin də uğurunuz var. Sizin uğurunuz – bizim uğurumuzdur! Bu gün biz sevinc hissi ilə deyə bilərik ki, sizin hər biriniz ölkəmizi layiqincə təmsil etdiniz. Sizin qələbələrinizlə biz fəxr edirik, sizin nümunəniz digər idmançılar üçün idmanın zirvələrini fəth etmək üçün çox yaxşı bir stimuldur“.

IV İslam Həmrəylik Oyunları zamanı Akademiyada oxuyan tələbə və buranı bitirən məzunların nəticələri doğrudan da tədqirə layiqdir. Belə ki, ölkəmizi təqdim edən idmançılar arasında 22 məzun (19 oğlan, 3 qız) 19 qızıl, 4 gümüş, 4 bürünc medal olmaqla cəmi 27 medal qazanıb. Tələbələrə gəldikdə, 28 tələbə (21 oğlan, 7 qız) 19 qızıl, 7 gümüş və 8 bürünc medal olmaqla, ümumilikdə 34 medal qazanıb.

Tədbir zamanı medal qazanan tələbələr Akademiya tərəfindən “Fəxri Fərman” və xatirə hədiyyələri ilə təltif olunub. İdmançı tələbələr onlara verilən yüksək qiymətə görə Akademiyanın rəhbərliyinə təşəkkürlərini bildiriblər.

Aytən Novruzova / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR