“Qarabağ” gürcü klubları ilə qarşılaşacaq

“Qarabağ” gürcü klubları ilə qarşılaşacaq
14:47 27 May 2017
47 İdman
Ölkə mətbuatı
A- A+

"Qarabağ"ın 11 yaşadək futbolçulardan ibarət komandası Gürcüstana yollanacaq. 


Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ağdamlılar Tbilisidə təşkil edilən Nodar Axalkatsinin xatirəsinə həsr olunan beynəlxalq turnirdə iştirak edəcək.

 

Bu gün başlayan yarış iyunun 2-nə qədər davam edəcək. “Qarabağ” birinci qrupda Gürcüstanın "İveriya", "Olimpik" və "Champion" klubları ilə qarşılaşacaq.

 

Azərbaycan təmsilçisi ilk oyunu bu gün "İveriya"ya qarşı keçirəcək. Oyunlar Tbilisi "Dinamo"su akademiyasının meydançalarında baş tutacaq.


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-qaraba-gurcu-klublar-il-qarlaacaq-t58361.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR