Gələcəyin sərnişinləri "BakuBus"da - FOTO

Gələcəyin sərnişinləri "BakuBus"da - FOTO
15:05 27 May 2017
101 Ölkə
Ölkə mətbuatı
A- A+

Mayın 27-də  "BakuBus"da  növbəti dəfə "Gələcəyin sərnişinləri"  adlı maarifləndirici  tədbir keçirilib..

Milli.Az xəbər verir ki, bu dəfə  maarifləndirmə tədbirlərinə Suraxanı raonunda yerləşən  285 saylı orta məktəbin şagirdləri cəlb olunublar.

Məktəblilərin maarifləndirilməsi üçün təşkil olunan tədbirdə şagirdlər əvvəlcə təlimçi-mütəxəssislərin nəzarəti altında avtobuslarla "BakuBus"a gətirilib və məktəblilər Sürücü Təlim Mərkəzi ilə tanış olublar. Mərkəzdə təlimatçı-müəllimlər tərəfindən şagirdlərə ictimai nəqliyyat vasitələri haqqında ətraflı məlumatlar verilib, onlara ictimai nəqliyyatda təhlükəsizlik qaydaları əyani vasitələrlə izah olunub. Daha sonra şagird və müəllimlər əvvəlcədən müəyyən olunmuş marşrut xətti üzrə  Şəhidlər Xiyabanı istiqamətində yola düşüblər. Avtobusda məktəblilərə ictimai nəqliyyatdan istifadə və digər yol hərəkəti qaydaları haqda geniş məlumat verilib. Şagirdlər yol nişanları, piyada keçidləri, ictimai nəqliyyatdan istifadə qaydaları və sair barədə bilgiləndiriliblər.

28 May Respublika günü ərəfəsində təşkil olunmuş tədbirdə yol boyu şagirdlərə milli-mənəvi dəyərlərimizdən də geniş danışılıb, onlara vətənpərvərlik hisləri aşılanıb. Şəhidlər Xiyabanında isə şagirdlər vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizi yad edib və onlara həsr olunmuş şeirlər deyiblər. Sonda xatirə şəkilləri çəkilib, şagirdlərə "BakuBus" adından hədiyyələr paylanıb.

Qeyd edək ki, "BakuBus"un "Gələcəyin sərnişinləri" adlı layihəsi mütəmadi xarakter daşıyır və gələcəkdə Bakı şəhərinin digər məktəblərini də əhatə edəcək.

Xatırladaq ki, layihənin həyata keçirilməsində əsas məqsəd məktəblilərə ictimai nəqliyyatdan, həmçinin "BakuBus" avtobuslarının xidmətlərindən təhlükəsiz və rahat istifadə qaydalarını öyrətmək, həmçinin, nümunəvi, ictimai fəal sərnişin keyfiyyətlərini aşılamaqdır.
 

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/548857.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR