"Fikirləşdim ki, mahnım İzzətə lazımdır, ya yox?" - Əməkdar artist - VİDEO - FOTO

"Fikirləşdim ki, mahnım İzzətə lazımdır, ya yox?" - Əməkdar artist - VİDEO - FOTO
15:12 27 May 2017
110 Şou
Ölkə mətbuatı
A- A+

"Toylarda məndən rok oxumağımı istəyirlər" - İzzət Bağırov

ARB TV-nin "Gəlin danışaq" verilişinin növbəti qonağı Əməkdar artist, bəstəkar Gövhər Həsənzadə olub.

Əməkdar artist yaradıcılığından söz açarkən, gözlənilmədən müğənni İzzət Bağırov qonaq qismində içəri daxil olub.

Gövhər xanımdan ürək dolusu danışan müğənni, ona ən uğur gətirən mahnının məhz əməkdar artistə məxsus olduğunu bildirib:

"30 illik səhnə fəaliyyətimdə mənə ən çox uğur gətirən mahnı "Yar aman yar" mahnısı olub. Mən o stildə mahnı oxuyan deyiləm. Şərq üsulubunda oxuyuram, bəstəkar mahnıları oxuyuram. Birdən-birə rok yazıldı, oxuduq. Dedim tutar tutar, tutmaz da qalar. Tutmaz nədir? O mahnının üstündə 3 rejissorla küsülü qaldım, danışdırmadılar məni. Deyirdilər ki, pul istəmirik, sadəcə özümü göstərim. Allah rəhmət eləsin Şahin Zəkizadə, Kənan MM və bir çox rejissorlar var idi ki, deyirdilər ki, ver o mahnını mən çəkim. Qismət Faiqin oldu".

Daha sonra İzzət Bağırovun sözünə qüvvət olaraq bu ifadan danışan əməkdar artist, ilk olaraq müğənnin bu mahnıya qarşı çıxacağını düşündüyünü deyib:

"Mahnı lirik mahnı idi. İzzətin ən azı 4-5 gün konsert verən dövrü idi. Fikirləşdim ki, mənim mahnım ona lazımdır ya yox? Mahnını bəyəndi. Sevindim ki, nə yaxşı. Mahnını verdim Yaşara. Dedim ki, mahnın tez edək. Yaşar mahnını mənə göndərdi, gördüm ki, səhv göndərib. Dedim ki, Yaşar, bizim mahnı, səhv göndərmisən. Dedi ki, bizim mahnıdır. Söylədim ki, axı bu rokdur. Dedi ki, mən bunu belə istəyirəm. Dedim ki, İzzətə bunu kim göstərəcək, dedi ki, sən. İzzət yığdım, dedim ki, mahnı alınmayıb, amma başqa cür alınıb, rokdur. Dedi ki, qoy qalsın, gəlib özüm baxacam. Gəlib qulaq asdı, dedi ki, xoşuma gəldi. İzzət də bu mahnını gözləmədiyim dərəcədə oxudu. Bunların içində rok var imiş".

Sonda müğənni ona uğur gətirən rok mahnısının toylarda belə oxuduğundan söz açıb:

"Toylarda bu mahnını istəyirdilər. Deyirdim axı, "Yar aman yar" toyda olmaz. Dedi ki, ay qardaş sən oxu qalsın. Onu da gərək disklə oxuyam. Mən qarmon, klarnetlə necə oxuyum bunu? Əvvəlcədən deyirdim ki, disklə oxuyum gərək. Camaat da əl çalırdı. Həyətə girirdim, uşaqlar dalımca düşürdü ki, "Yar aman yar".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/548855.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR