Putin və Ərdoğan nədən danışdılar? – Kreml açıqladı

Putin və Ərdoğan nədən danışdılar? – Kreml açıqladı
15:58 27 May 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

Rusiya və Türkiyə prezidentləri – Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.

Dövlət başçısları ticarət-iqtisadi sferada məhdudiyyətlərin ləğvi haqqında razılaşmaların reallaşdırılması, həmçinin böyük birgə layihələrin həyata keçirilməsi məsələlərini müzakirə ediblər. Məlumata görə, Rusiya və Türkiyə prezidentləri müntəzəm şəxsi ünsiyyətin davam etdirilməsi haqqında razılaşıblar.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200385.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR