İrana ağır itki: general öldürüldü

İrana ağır itki: general öldürüldü
16:08 27 May 2017
105 Dünya
Ölkə mətbuatı
A- A+

İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) tərkibindəki “Əl-Qüds” xüsusi elit bölmənin komandiri general Kasım Süleymani məsləhətçilərindən biri İraqın Mosul şəhərində öldürülüb.

Publika.az xəbər verir ki, bu haqda İraq məmurlarından biri “Assoşieyted Press” agentliyinə bildirib.

Mənbənin sözlərinə görə, general Şaban Nəsirinin ölümü İranın İraqdakı komandirləri arasında ən böyük itkidir. Məmur qeyd etdi ki, general şəhərin qərb hissəsində terrorçularla döyüş zamanı mayın 16-da həlak olub.

Qeyd edək ki, “Əl-Qüds” İranın xaricində hərbi və gizli əməliyyatların keçirilməsi ilə tanınır. “Əl-Qüds” “Həmas" və “Hizbullah” təşkilatlarına hərbi dəstək göstərir. Qərbin versiyasına görə, məhz Suleymani 2012-ci ildən başlayaraq Suriya prezidenti Bəşər Əsədə müxalifətin əlindəki bir sıra strateji əhəmiyyətli ərazilər qaytarmağa kömək edib. Süleymani bəzən İranın Yaxın Şərqdəki “qılıncı” da adlandırırlar.

Ömər


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR