Hitlerin öldüyü ay... – Dünyanın gedişatını dəyişdirə biləcək İXTİRA

Hitlerin öldüyü ay... – Dünyanın gedişatını dəyişdirə biləcək İXTİRA
16:33 27 May 2017
68 Digər
Ölkə mətbuatı
A- A+

Hitler Almaniyasının Ho IX təyyarəsi İkinci dünya müharibəsinin gedişini dəyişdirə və havada almanların böyük üstünlüyünü təmin edə bilərdi.

Publika.az xəbər verir ki, bu haqda “National Interest” nəşrində siyasi müşahidəçi Sebastyan Roblin yazıb.

“Northrop Grumman” Amerika korporasiyası B-21 yeni bombardmançı “stels”in (radara yaxalanmayan) hazırlanacağını elan etmişdi. Ancaq bu tipli birinci reaktiv təyyarə nasist Almaniyasına xidmət etmiş Horten qardaşları tərəfindən ixtira edilmişdi.

Ho IX üzərində işlər Hitler ordusunun aviasiya rəhbəri German Qerinqin bəyanatından sonra başlandı. O bildirdi ki, orduya 1000 kiloqram bombanın yüklənməsi zamanı ən azı 1000 kilometr məsafəni qət edən və saatda 1000 kilometr sürətlə uça bilən təyyarələr lazımdır. Horten qardaşlarının təqdim etdiyi layihə bəyənilmişdi.

Havanın müqavimətini aşağı salmış orijinal aerodinamik sxem yanacağa qənaət etməyə imkan verirdi və ən yeni reaktiv mühərriklərdən istifadəni mümkün edirdi.

Tezliklə “Gotha” şirkəti 40 təyyarənin hazırlanması üçün sifariş aldı. Seriya nüsxələrin birinci sınaqları 1945-ci ilin fevralında keçirildi. Ancaq müttəfiqlərin qoşunları aprel ayında Ho IX təyyarələrinin istehsalı üzrə xəttin yerləşdiyi Fridrixrod şəhərinə (Almaniya) girdilər. Eksperimental maşının bəzi nüsxələri ABŞ qoşunu tərəfindən müsadirə edilmişdi.

“Ho IX İkinci dünya müharibəsində həqiqətən də güclü hərbi maşın ola bilərdi. Amma təyyarə müharibənin sonuna kimi kütləvi istehsaldan çox uzaq idi”, - müşahidəçi yekunlaşdırıb.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/maraqlidunyasi/200355.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR