Ağsuda 4 otaqlı ev yandı

Ağsuda 4 otaqlı ev yandı
16:42 27 May 2017
68 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağsu rayonunda vətəndaşa məxsus ev yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, rayonun Ərəbmehdibəy kəndində vətəndaşa məxsus ümumi sahəsi 84 m² olan birmərtəbəli 4 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 13:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/548873.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR