Yutubdan müsəlmanlara BÖYÜK JEST

Yutubdan müsəlmanlara BÖYÜK JEST
16:53 27 May 2017
Ölkə mətbuatı
A- A+

Dünyanın ən böyük video paylaşım platforması olan Yutub xüsusi günlərdə loqosunu o günə uyğun bir dizayn edir. Bu dəfə isə şirkətin loqosu İslam aləmi üçün əhəmiyyət olan Ramazan ayına uyğunlaşdırıb.

Publika.az xəbər verir ki, “Ramazan Yoodle”adı verilən bölmə açaraq Ramazana uyğun əlavələr edir. Ən maraqlısı isə ana səhifədə Yutub istifadəçilərini Ramazana aid loqosu ilə qarşılayır. Bu yenilik bir ay səhifədə olacaq.

Bu bir ay ərzində səhifədə əyləncə proqramları və serialların yanında Ramazana xüsusi yemək reseptlərinin olduğu kanalların bir çox fərqli məzmunlu əlavələr yer alacaq.

Xüsusi hazırlanmış bu əlavə sayəsində Yutub istifadəçiləri Ramazan ilə əlaqədar məlumatları çox daha asan bir şəkildə əldə edəcək.

Gülxar


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/200390.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR