"Qvardiolaya "yox" deyə bilməzsiniz"

"Qvardiolaya "yox" deyə bilməzsiniz"
16:57 27 May 2017
69 İdman
Ölkə mətbuatı
A- A+

"Manchester City"nin yeni transferi Bernardo Silva klubun televiziyasına danışıb.

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  "Monaco" ilə çempionluq yaşayan 22 yaşlı futbolçu "şəhərlilər"ə keçidindən məmnunluğunu ifadə edib:

"Özümü əla hiss edirəm. Dünyanın ən yaxşı klublarından birinə gəlmişəm. Bu klubun bir parçası olmaq mənim üçün böyük fürsətdir. Transfer öncəsi klub rəsmiləri ilə görüşdükdə tək hədəflərinin çempionluqlar olduğunu bildirdilər. "City"nin hədəfinə çatması üçün əlimdən gələni edəcəm".

Silva transferində Qvardionaın rolunu xüsusi qeyd edib:

"Ən yaxşı baş məşqçilərindən biri ilə işləyəcəm. Qvardiola ilə çalışmaq fürsəti əlinə düşübsə, buna "yox" deyə bilməzsən. "Barcelona" və "Bayern Munich"də inanılmaz uğurlar qazandı. Bunu "Citi" ilə də bacaracağına şübhəm yoxdur"

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548861.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR