Böyük döyüş başlanır: Münaqişənin DETALLARI

Böyük döyüş başlanır: Münaqişənin DETALLARI
16:58 27 May 2017
143 Dünya
Ölkə mətbuatı
A- A+

Qırmızı dənizdə siyasi, hərbi və iqtisadi təsirin genişləndirilməsi üçün mübarizə Çində bu yaxınlarda keçirilən sammitlə daha da gücləndi. 13-14 may tarixlərində Pekində keçirilən “Bir kəmər – bir yol” sammitində dünyanın 130-dan çox ölkənin nümayəndələri iştirak etdi.

“Bir kəmər - bir yol” cənubi-şərqi Asiya vasitəsilə uzanan İpək yolunun dirçəlişini göstərirdi. Bu yol Şərqi Afrika və Qırmızı dənizin limanları üzərində təsir və nəzarət üçün rəqabətin gücləndirilməsinə də imkan yaradır.

Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı Qırmızı dənizdə və Şərqi Afrikada təsirini gücləndirməyə çalışır. Səudiyyə Ərəbistanı xüsusi halda, Tanafir və Tiran adaları arasında körpünün tikintisi ilə bunu etmək istəyir. Planlaşdırılır ki, bu körpü Krallığın ərazisi ilə Sinay yarımadası və Misir limanlarını bağlayacaq. Həmçinin, Səudiyyə Ərəbistanı Süveyş kanalı və Sinay yarımadasının şəhərlərinə 25 milyard dollar sərmayə qoymaq niyyətini açıqlayıb.

Yəməndəki müharibə Babül-Məndəb boğazı zonasının (Somali, Eritreya, Cibuti) siyasi və iqtisadi əhəmiyyətinin artmasına gətirib çıxarıb. Səudiyyələr Ərəbistanı həmçinin bu ölkələrə sərmayə qoymaq niyyətindədir. Ərəbistanın Şərqi Afrika ölkələri, ilk növbədə Efiopiya ilə ticarət dövriyyəsi artır. Bütün bunlar ərəb müttəfiqləri arasında rəqabətin güclənməsinə imkan yaradır. Eyni zamanda Afrika qitəsində Hindistan və Çin rəqabətdən çəkinmir. Nyu-Dehli və Pekin yeni dövrdə regionda öz çəkilərini artırmaq istəyir.

Dəniz yolları və limanlar üçün rəqabətə Yəməndə gedən müharibə böyük təsir göstərir. Bu müharibə rəqabət aparan ölkələrin diqqətini Cibuti, Eritreya və Somalidə hərbi bazaların qurulmasına yönəldib. Eyni zamanda Efiopiya, Sudan və Afrika qitəsinin başqa ölkələri ilə münasibətlərə məhəl qoymamaq olmaz. Birləşmiş Ərəb Əmirlikləri bu məsələni müvəffəqiyyətlə həll edib. Ticarət yollarının dirçəlişi üçün limanlar üzərində nəzarət yeni iqtisadi bölgü ən əhəmiyyətli məsələdir.

Çin “Bir kəmər – bir yol” layihəsinə təxminən 120 milyard dollar sərmayə qoymaq niyyətindədir. Bundan başqa, investisiyalar ən yaxın beş ildə, beynəlxalq qiymətləndirmələrə görə, 700 milyard dollara qədər artacaq. Afrika və Çin arasında ticarət dövriyyəsinin həcmi 150 milyard dollardan çox olub. 1990-cı illərinin birinci yarısında isə bu göstərici bir milyardı ötmürdü. Bütün bunlar Hindistan, o cümlədən Amerika və Avropa qitələri ilə ciddi rəqabəti stimullaşdırıb. Xüsusi halda, Hindistan Afrika ölkələri ilə ticarət dövriyyəsini 72 milyarda qədər artırıb. Birləşmiş Ştatlar indiyə qədər “Çin dalğası”nın öhdəsindən gələ və Afrika qitəsi ilə ticarət münasibətlərini inkişaf etdirə bilmir. Baxmayaraq ki, ABŞ-ın Afrika ilə ticarət dövriyyəsinin həcmi 200 milyard dolları ötür.

Hadisələrin indiki inkişafı Səudiyyə Ərəbistanı, İranı, Pakistanı və Türkiyəni aktiv hərəkətlərə itələyir. Türkiyəni xüsusi olaraq seçmək olar. Türkiyə Somalidə təyyarə bazasına malikdir. Səudiyyə Ərəbistanı regionda coğrafi üstünlüyə malikdir. Ər-Riyad Babül-Məndəb boğazından Süveyş kanalına qədər təsir zonasını genişləndirməyə çalışır.

Geosiyasi dəyişikliklər, Qırmızı dənizdə - hind subkontinenti uzunluğu boyu və Süveyş kanalı vasitəsilə keçən dəniz yolları ətrafında ingilis-fransız münaqişəsini təkrarlayır. Hind tərəfi Pakistanla Çinin inkişaf edən iqtisadi münasibətlərini tənqid edərək, həmçinin Çinin Afrikada həyata keçirdiyi layihələrdən narazılığını ifadə edir.

Yəməndə münaqişə bütün iqtisadi rəqiblər üçün maqnit olub. Bu gün ölkədə İran gücləri var. Gözləmək olar ki, tezliklə Pakistan, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərinin qüvvələrini də Yəməndə görmək mümkün olacaq. Ehtimal ki, ki, tərəflər Qırmızı dəniz və dəniz yollarının ətrafında münaqişələrdə daha aktiv iştirak edəcəklər.

Beləliklə, dünyanın yeni iqtisadi xəritəsinin konturları Çinin ətrafında, Yer kürəsinin cənubunda cəmlənib. Bu gün bu region bütün ölkələrin diqqət cəlb edir, rəqabət və münaqişələrin yeni mərkəzinə çevrilir. Eyni zamanda mədəni ziddiyyətlər və problemlər yaradır. Birinci və İkinci dünya müharibələri, həmçinin “soyuq müharibə” dövrü bu qədər böyük ziddiyyətlər və problemlərlə tanış deyildi.

Regional və dünya dövlətləri arasında rəqabət Qırmızı dənizi münaqişələrinin meydanına çevirəcək. Hindistan Britaniya tacının mirvarisi olaraq Süveyş kanalının açılması və onunla bağlı müharibələrin səbəbi olmuşdu. Avropa bazarlarında və Afrika qitəsində Çin və Hindistanın aktivləşməsi Qırmızı dəniz beynəlxalq qiymətini yenidən qaytarır, ona siyasi və iqtisadi dəyər verir. Beləliklə, Qırmızı dəniz zonası həm düşmənlər, həm də dostlar və müttəfiqlərin arasında siyasi hesablamalar zamanı nəzərə alınacaq.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/200359.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR