Azərbaycan Beynəlxalq Bankı tender keçirir

Azərbaycan Beynəlxalq Bankı ASC "Oracle DB" və "RAC" lisenziyalarının satın alınması üzrə tender elan edib.

Metbuat.az-ın Banka istinadən verdiyi xəbərə görə, tenderdə iştirak etmək istəyənlər 100 manat məbləğdə iştirak haqqı ödəməlidir.

Tenderdə iştirak üçün tələb olunan sənədlərə tenderdə iştirak etmək üçün yazılı müraciət, tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi, tender təklifi, tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 70 bank günü qüvvədə olmalıdır) və digər sənədlər tələb olunur.

İddiaçılar tenderdə iştirak etmək üçün sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 10 iyul 2017-ci il saat 17:00-a qədər, tender təklifi və bank təminatını isə 17 iyul 2017-ci il saat 17:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Nizami küçəsi,67 ünvanına təqdim etməlidirlər.

Təklif zərfləri 18 iyul 2017-ci il saat 11:00-da həmin ünvanda açılacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR