"Ani səhv ucbatından məğlub ola bilərdim"

“2015-ci il Avropa Oyunları, həmçinin IV İslam Həmrəyliyi Oyunları mənim üçün çox çətin keçdi”.

Bunu IV İslam Həmrəyliyi Oyunlarında taekvando üzrə qızıl medal qazanmış Ayxan Tağızadə Metbuat.az-a açıqlamasında deyib.

“Qalibiyyət bir az çətinliklə oldu. 1-ci döyüşdə ikiqat olimpiya çempionu əfqanıstanlı rəqibimlə üz-üzə gəldim. Ona 28-14 hesabı ilə qalib gəldim. Yarımfinalda isə ərəb rəqibimə də qalib gəlib finala çıxdım. Finalda iranlı taekvandoçu ilə qarşılaşdım. Finalda 9-8 hesabı ilə qalib gəldim. 6-0 öndə idim. Lakin bir anlıq səhv ucbatından o gəlib mənə çatdı. Amma yenə də 9-8 hesabı ilə qalib gələn mən oldum. Şükrlər olsun ki, 2015-ci ildə olduğu kimi, 2017-ci ildə də layiqli yeri qazana bildim. Hər iki oyun Bakıda keçirildiyi üçün məsuliyyət çox idi. Həmçinin 2015-ci ildə çempion olduqdan sonra, bu yarışda da gözlər üzərimdə idi. Nəticə verməli idim. Bir az həyəcanlı idim. Hazırda sol dizimdə zədə var, hələ ki, məşq eləyə bilmirəm. Düzəlsin, növbəti ay Koreyada keçiriləcək dünya çempionatına hazırlaşacam”.

Aytən Novruzova / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR