Spirtli içki satanlar cəzalandırılacaq - İnquşetiyada

Spirtli içki satanlar cəzalandırılacaq - İnquşetiyada
18:22 27 May 2017
97 Dünya
Ölkə mətbuatı
A- A+

İnquşetiya Xalq Məclisinin deputatları Ramazan və bir sıra bayram günlərində alkoqollu içki satılmasına məhdudiyyət qoyan qanun qəbul edib.

Milli.Az moderator.az-a istinadla xəbər verir ki, bu haqda respublika parlamentinin saytında məlumat verilib. Qanun yekdilliklə qəbul edilib. İnquşetiya rəhbəri Yunus-Bek Yevkurov tərəfindən təqdim edilmiş qanun layihəsində sözügedən qadağanı pozan ticarət obyektlərinin 4-50 min rubl arasında cərimələnməsi nəzərdə tutulub.

Beləliklə, alkoqol satışı Ramazan ayı boyu, ayrıca Ramazan bayramı günlərində, Beynəlxalq Uşaqları Müdafiə Günü və Bilik Günündə (1 sentyabr) qəti olaraq qadağan edilir.

Xatırladaq ki, İnquşetiyada ötən illər də Ramazan ayında və qeyd edilən günlərdə spirtli içki satışı qadağan edilsə də, cərimə nəzərdə tutulmurdu.

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/548866.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR