Arsen Venger medallarını paylayır

Arsen Venger medallarını paylayır
18:27 27 May 2017
105 İdman
Ölkə mətbuatı
A- A+

Son illərdə ən çox tənqid olunan məşqçi olsa da, Arsen Venger hələ də "Arsenal" tarixinin ən uğurlu məşqçisidir. Fransız məşqçi bu günədək bir çox kubok qazanıb. Ancaq evində nə bir kubok var, nə də medal. 

Milli.Az goal.az-a istinadən xəbər verir ki,  Venger bu medalları evdə saxlamaq yerinə "Arsenal"da işləyənlərə verir. Evinə gəlib medal görməyənlərin təəccübləndiyini deyən Venger, "Klub kubok qazananda əli boş qalan işçilər olur. Mən də medallarımı onlara verməyi üstün tuturam. Medallar mənim üçün önəmli deyil. Onlar keçmişi xatırladır, mən isə gələcəyə baxan adamam" - deyə bildirib.

Arsen Venger "Arsenal"a 3 Premyer Liqa, 6 Federasiya kuboku və 6 İngiltərə Super kubokunu qazandırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/548848.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR