Cocuq Mərcanlıda piyada əleyhinə mina tapıldı - FOTO

Cocuq Mərcanlıda piyada əleyhinə mina tapıldı - FOTO
18:47 27 May 2017
52 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 1240 ədəd qəlpə və 1 ədəd piyada əleyhinə mina (OZM-72) aşkar edilib.

Milli.Az bildirir ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, mina və qəlpələr zərərsizləşdirilərək götürülüb, nəticə etibarilə 26 954 kv.m (2.7 ha) ərazi tam təmizlənib, 20 300 kv.m (2.03 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
 
Qeyd edək ki, 95 gün ərzində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 151 ev və yeni avtomobil yolunun keçəcəyi əraziyə baxış keçirilib, 105 993 ədəd qəlpə,  71 ədəd partlamamış hərbi sursat (PHS) (5 ədəd 82 mm-lik minaatan mərmi (OF-832), 25 ədəd 82 mm-lik minaatan mərmisinin partladıcı başlığı (M6IÇ),  2 ədəd 120 mm-lik minaatan mərmi (OF-843), 2 ədəd   93 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VL raketi, 10 ədəd 70 mm-lik tank əleyhinə idarə olunmayan PQ-7VM raketi, 4 ədəd PQ-7 raketinin partlamamış mühərrik hissəsi, 1 ədəd F-1 əl qumbarası, 1 ədəd RQD-5 əl qumbarası, 1 ədəd RQ-42 əl qumbarası, 4 ədəd 23 mm-lik zenit top mərmisi (OFZT), 1 ədəd 100 mm-lik top mərmisi (OF-412), 8 ədəd TM-62P3 minasının gücləndiricisi, 1 ədəd TM-57 minasının gücləndiricisi, 4 ədəd 30 mm-lik silah qumbarası (VOQ-17) 1 ədəd 122 mm-lik top mərmisi (Ş-1) və 1 ədəd Ş-1 top mərmisinin  DTM-75 döyüş başlığı),  24 ədəd piyada əleyhinə mina (OZM-72) və 139 ədəd tank əleyhinə mina (31 ədəd TM-57 minası və 108 ədəd TM-57 minasının partladıcısı (MVZ-57)) aşkar olunaraq zərərsizləşdirilib.
 
İndiyədək aparılan minatəmizləmə əməliyyatları nəticəsində 2 203 155 kv.m (220.32 ha) ərazi tam təmizlənib, 1 186 640 kv.m (118.66 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.
 
Ərazinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/karabah/548887.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR