Xəstə nənəsi üçün məşhurların obrazına girdi - 3 yaşlı qızın FOTOSESSİYASI

Xəstə nənəsi üçün məşhurların obrazına girdi - 3 yaşlı qızın FOTOSESSİYASI
18:52 27 May 2017
Ölkə mətbuatı
A- A+

Fotoqraf Eşli Larsonla 3 yaşlı qızı Skaut maraqlı fotolayihə hazırlayıblar.
 
Milli.Az axşam.az-a istinadən bildirir ki, Skaut süd vəzi xərçəngi diaqnozu qoyulan nənəsi Nonninin həyatını xilas etmək üçün dünya ulduzlarının obrazına girib.
 
O, Adel, Emma Uotson, Dryu Berrimor və digər tanınmışların fotosessiyasını təkrarlayıb. Eşli bu layihə ilə Nonninin sağalması üçün mənəvi dəstək olduqlarını deyib:
 
"Nonninin saçları tökülməyə başlayanda Skaut çox pis oldu. Mən onu sakitləşdirmək üçün və qadınların güclü olduqlarını göstərməkdən ötrü bir neçə ulduzun həyatından danışdım. Obrazını təkrarladığımız qadınların hər biri haqqında Skauta məlumat verdim. Məqsədim qadınların da kişilər qədər güclü olduğunu göstərmək idi. 

Bu layihə mənə də çox şey öyrətdi. Nonni özü də bu layihədə iştirak etdi. Biz şəkillər çəkildikdən sonra Nonni və Skaut üçün fotoalbom hazırladıq. Bu iş üzərində sərf etdiyimiz vaxt və həvəs bizə stimul oldu və Nonni xərçəngə qalib gəldi".

Milli.Az 

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548888.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR