Ağcabədidə 4 metr uzunluğunda gürzə ilan öldürülüb

Ağcabədidə 4 metr uzunluğunda gürzə ilan öldürülüb
19:17 27 May 2017
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Ağcabədi. 27 may. REPORT.AZ/ Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində müvvəqəti məskunlaşmış Laçın rayonundan məcburi köçkün Komu Ağayev dörd metr uzunluğunda olan ilan öldürüb.
"Report"un Qarabağ bürosu xəbər verir ki, qəsəbənin Alxaslı obasında K.Ağayev xallı sarı gürzə kimi tanınan ilanı o həyətində əl ağacı ilə öldürüb.
Sakinlərin məlumatına görə, son günlər havaların istiləşməsi ilə Laçın obalarında ilanların peyda olması adi hala çevrilib. Lakin dörd metrlik ilanın həyətlərə girməsi ilk dəfə müşahidə olunub.



Xəbərin orijinal ünvanı: https://report.az/hadise/agcabedide-4-metr-uzunlugunda-gurze-ilan-oldurulub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR