Azərbaycanda planşetlər ucuzlaşır

Azərbaycanda planşetlər ucuzlaşır
19:18 27 May 2017
Ölkə mətbuatı
A- A+

Cari ilin aprel ayında Azərbaycanda fərdi kompüterlər 0,4% bahalaşıb. Fərdi kompüterlərin qiymətlərində yanvarda 3,1%, fevralda 0,8%, martda 0,7% artım qeydə alınıb.

Publika.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Noutbuklara gəlincə, yanvarda 1,6%, fevralda və martda 0,7%, apreldə 0,2% qiymət artımı müşahidə olunub. İlk üç ayda bahalaşan planşetlər isə apreldə ucuzlaşmağa başlayıb. Belə ki, yanvarda 1,7%, fevralda 0,2%, martda 0,4% bahalaşan planşetlər apreldə 0,7% ucuzlaşıb.

Rəsmi statistikaya əsasən, apreldə 1 fərdi komputerin orta aylıq qiyməti 719,57 manat, noutbuk - 726,52 manat, planşet - 381,99 manat təşkil edib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/200400.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR