Biləsuvarda narkotik becərən şəxs saxlanıldı

Biləsuvarda narkotik becərən şəxs saxlanıldı
19:33 27 May 2017
143 Ölkə
Ölkə mətbuatı
A- A+

Biləsuvarda fərdi evin həyətində narkotik tərkibli bitkilər aşkar edilib.

Publika.az xəbər verir ki, Biləsuvar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində yaşadığı evin həyətində narkotik tərkibli bitki əkib-becərən şəxs saxlanılıb.

Rayonun Günəşli kənd sakini Adil Qarayevin atasına məxsus evin həyətində gizli şəkildə xaşxaş kolu becərdiyi məlum olub. Polis hadisə yerinə baxış keçirərkən bağda qamışla əhatə olunmuş ərazidə 59 ədəd aqrotexniki qaydada becərilmiş xaşxaş kolu aşkarlanıb.

Saxlanılan A. Qarayev narkotik tərkibli bitkiləri özü üçün əkdiyini bildirib. Onun yaşadığı evə baxış keçirilərkən orada bankada qurudulmuş narkotik tərkibli bitki aşkarlanıb.

Qeyd edək ki, A. Qarayev əvvəl məhkumluq həyatı yaşayıb. Faktla bağlı araşdırıma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/200401.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR