Siyasətçi hava limanında tərbiyəsizlik etdi - VİDEO - FOTO

Siyasətçi hava limanında tərbiyəsizlik etdi - VİDEO - FOTO
19:47 27 May 2017
Ölkə mətbuatı
A- A+

Cənubi Koreyada siyasətçi Kim Mu Sun ilə bağlı qalmaqal yaşanır. Yaponiyanın paytaxtı Tokiodan vətənə qayıdan Mu Sun hava limanında tərbiyəsizlik edib.

Milli.Az AsiaOne-a istinadən bildirir ki, "Saunuri" Partiyasının sabiq sədri, 65 yaşlı Kim Mu Sun paytaxt Seulun Kimpo hava limanının sərnişin terminalından çıxarkən çamadanını etinasızlıqla kənara itələyib və jurnalistlərə tərəfə gedib.

Çamadanı təşəxxüslü Mu Sunun köməkçisi tutub.

Özündənrazı, müştəbeh siyasətçinin hərəkəti koreyalıları çox sinirləndirib.

Kim Mu Sun əvvəllərp də qalmaqallara səbəb olub.

2015-ci ildə o, qatıldığı xeyriyyə tədbirlərindən birində 26 yaşlı nigeriyalı tələbəyə demişdi: "Daş kömürlə sənin üzün eyni rəngdədir".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Videonu izləmək üçün şəklə klikləyin:

Siyasətçi özünü rüsvay etdi


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/548431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR