Dişlərə zərər verən 7 fenomen

Dişlərə zərər verən 7 fenomen
19:57 27 May 2017
95 Ölkə
Ölkə mətbuatı
A- A+

1. Siqaret, diş və dişətinə zərər verir, ağız qoxusuna səbəb olur.

2. Tüpürcək, dilimizdəki ərpin və turşunun təsirini azaldacaq ilk müdafiə sistemidir. Bu səbəbdən də, ağız quruluğuna səbəb olacaq hər şey diş üçün zərərlidir. Spirtli içki də ağız quruluğuna səbəb olacağı üçün istifadə edilməməlidir.
 
3. PH 7-dən aşağı olan qidalar dişlərə zərər verir. Meyvə suları da PH 2,5 olduğu üçün dişlərə zərərlidir. Limon, PH 2 olduğu üçün dişlər üçün zərərlidir. Kola, ən zərərli içkilərdən biridir. Çünki həm fosfor turşuları, həm şəkər, həm də sitrik turşu ehtiva edir.
 
4. Jelibon kimi ərzaqlar, şirniyyat qənnadı məhsullarından daha zərərlidir. Çünki daha çox şəkər ehtiva edirlər və eyni zamanda sitrik turşu daşıyırlar.
 
5. Quru meyvələr, karbonhidrat ehtiva edir, eyni zamanda yapışqanlığı səbəbiylə ağızın daxilində daha uzun müddət qalır. Davamlı quru meyvə yeyib dişlərinizi fırçalamamaq dişlərin çürüməsinə səbəb olur.
 
6. Buzu, sərt olduğuna görə, çeynəmək zərərlidir. Əgər keçmiş iri plomblar varsa, buz yediyiniz zaman çox asan bir şəkildə dişləriniz qırıla bilər.
 
7. Karbohidrat istehlakının dişlərə təsiri demək olar ki, yoxdur. Belə ki, tüpürcəkdə olan amiloza fermenti karbohidratları şəkərə çevirən fermentdir. Lakin şəkəri zərərli edən hal ağızda bakteriyaların şəkəri yeməsi və turşu əmələ gətirməsidir. Əgər ağızda heç ərp yoxdursa, şəkəri turşuya çevirəcək və diş çürüyü yaradacaq bir şey də yoxdur.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/548676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR