Azərbaycan akademik avarçəkəni Avropa çempionatında finala yüksəlib

Azərbaycan akademik avarçəkəni Avropa çempionatında finala yüksəlib
20:02 27 May 2017
55 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan akademik avarçəkəni Aleksandr Aleksandrov Çexiyanın Raçitse şəhərində keçirilən Avropa çempionatında finala yüksəlib. "Report"un məlumatına görə, 27 yaşlı idmançı bu nailiyyətə 1 nəfərlik qayıqla (M1X) 2000 metr məsafəyə yürüşdə imza atıb.
Aleksandrov təsnifat mərhələsində finişə 7 dəqiqə 12,350 saniyəyə 5-ci çatıb. Bundan sonra təsəlliverici mərhələyə qatılan təcrübəli avarçəkən 7 dəqiqə 9,740 saniyə nəticə ilə mərhələ adlayıb. Bu gün baş tutan yarımfinalda isə o, 7 dəqiqə 2,610 saniyə göstərici ilə yenə ikinci olub. Nəticədə Azərbaycan təmsilçisi xorvatiyalı Damir Martin (07:00.360) və fransalı Uqo Buşeronla (07:02.970) birgə həlledici mərhələdə iştirak hüququna yiyələnib. Digər yarımfinal yürüşündə isə ilk üç yeri çexiyalı Ondrey Sinek (06:54.080), belaruslu Stanislav Şerbaçenya (06:55.550) və almaniyalı Tim Ole Naske (06:57.010) tutub.
Beləliklə, 6 akademik avarçəkənin iştirakı ilə final yürüşü mayın 28-də Bakı vaxtı ilə saat 16:03-də başlanacaq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/azerbaycan-akademik-avarcekeni-avropa-cempionatinda-finala-yukselib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR