Kamran Ağayev Rusiyada çıxış edə bilər

Futbol üzrə Azərbaycan milli komandasının klubsuz qalan qapıçısı Kamran Ağayev Rusiya Premyer Liqasında çıxış edə bilər.

Metbuat.az bildirir ki, 31 yaşlı qolkiper "Amkar" klubunun maraq dairəsindədi.

Hazırda Ağayev Avstriyada hazırlıq keçən yığmanın düşərgəsindədi. Perm təmsilçisinin skautları da məhz orada təcrübəli oyunçunu izləyiblər. Artıq klubla qapıçının meneceri arasında danışıqların getdiyi və bu transferin baştutma ehtimalının böyük olduğu bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR